Ekspert: “Eskpress avtobuslar sonrakı dövrlərdə də fəaliyyət göstərməlidir”










Karantin rejimi ərzində paytaxtda metronun bağlanması səbəbilə sərnişin axınında yarana biləcək çətinlikləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ekspress marşrut xətləri istifadəyə verildi. İlk öncə 2, daha sonra isə 5 ekspres xətt təşkil edilib. Hazırda ümumilikdə paytaxtda 7 ekspress marşrut xətti fəaliyyət göstərir.



Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev hesab edir ki, karantin dövründən sonra da bu tip ekspress avtobusların fəaliyyəti təmin edilməlidir:



"Ekspress avtobusların fəaliyyəti xüsusilə metronun işləmədiyi dövrdə lazımlı idi. Düşünürəm ki, metro fəaliyyətini bərpa edəndən sonra da ilkin mərhələdə həmin avtobuslara ehtiyac ola bilər. Eyni zamanda, sonrakı dövrlərdə də paytaxtda bu tip marşrutlar fəaliyyət göstərməlidir. Əsasən də, şəhər mərkəzindən uzaqda yerləşən Mərdəkan, Binə, Lökbatan kimi qəsəbələrdə ekspress avtobuslara ehtiyac var. Səhər saatlarında həmin qəsəbələrində yaşayan insanların əksəriyyəti yaşadıqları yerdən şəhər mərkəzinə üz tutur. Bu zaman onlara bir marşrut xətti üzrə ortada yerləşən dayanacaqlardan minmək sərf eləmir. Çünki avtobus artıq ilk dayanacaqda sərnişinlə dolur və demək olar ki, hamı şəhər mərkəzində düşür. Odur ki, belə uzun məsafələrdə ekspress avtobus xətlərinin təşkili məqsədəuyğundur. Məsələn, səhər vaxtı Mərdəkandan minib şəhər mərkəzində düşməli olan sərnişinə Ramanada dayanmaq sərf eləmir. Nəticədə həmin sərnişin vaxt itirmiş olur. Hesab edirəm ki, uzun məsafəli sərnişindaşımada böyük tutumlu avtobuslar ekspress avtobus funksiyasını daşıya bilər və bu çox müsbət addım olar. Gələcəkdə əhalisi çox olan qəsəbələrdən hansının ərazisindən dəmir yolu xətti keçməsə, orda mütləq ekspress avtobus xətləri istismara verilməlidir”.



Qeyd edək ki, mayın 4-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli metronun fəaliyyəti bərpa olunduqdan sonra ekspress avtobusların işləyib-işləməməsi məsələsinə baxılacağını bildirib. V.Kərimli qeyd edib ki, ekspress avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər./Sfera.az/

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər