Sərnişin avtobusları gecə də işləyəcək - BAKIDA İLK













"Yaxın vaxtlarda gecə səhərədək işləyən xüsusi marşrut xətləri istifadəyə veriləcək”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində belə bir layihə üzərində iş aparılır ki, 24 saat rejimində işləyən marşrut xətləri açılsın.

"Bu marşrutlar təkcə şəhər mərkəzində yox, müxtəlif istiqamətlərdə buraxılacaq. Xüsusən dairəvi yollarda hərəkətdə olan marşrut xətləri olacaq. Belə "Ekspress marşrut” xətləri gecə səhərədək işləyəcək”, - deyə qurum rəsmisi bildirib.

M.Ağayev deyib ki, bu marşrutlar müəyyən intervalla yola çıxacaqlar. "Məsələn, yola çıxmışıq, taksi də yoxdur. Amma biləcəyik ki, artıq şəhərdə hər yarım saatdan bir dayanacaqdan "Ekspress avtobus” keçəcək. Bütün inkişaf etmiş şəhərlərin təcrübəsində belə marşrutlar var. Ümumiyyətlə, inkişaf etmiş şəhərlərdə marşrut şəbəkəsində olan elementlər, insanların rahatlığı üçün edilən yeniliklərin hamısı Bakıda da olacaq. Bunun üçün sadəcə zaman lazımdır”.

Həmsöhbətimiz qeyd edib ki, şəhərdə ictimai nəqliyyata tələbat günü-gündən artır: "Eyni zamanda, şəhərə turist axını da çoxdur. Turistlərə əyləncə və ticarət mərkəzlərinə getmək üçün gecə saatları da işləyən avtobuslar lazım olur”. (BAKU.WS)

Son xəbərlər

Meyson Qrinvud "Fənərbağça"da

“Azəridad” toyuq kolbasası istehsal edən müəssisədə nöqsanlar aşkarlanıb

Kəlbəcərdə 1989-cu il 14 iyul faciəsinin qurbanları anılıb

Bu ölkə İran təyyarələrinə qadağa qoydu

Ağdərədə ər və arvad FACİƏLİ ŞƏKİLDƏ öldülər

Milli Məclisin sessiyası yekunlaşdı - Deputatlar tətilə çıxdı

Qapıları bağlayırıq – Rusiya Avropada ən böyük müttəfiqini itirdi

"Şuşa Media Forumu informasiya diplomatiyasının böyük uğurudur”

172 nömrəli avtobusun hərəkəti dəyişir

AAY DÖVLƏT AGENTLİYİNİN ZAQATALA RAYON 14 NÖMRƏLİ YOL İDARƏSİNİN YENİ RƏHBƏRLİYİ İDARƏ MAŞINLARINI LOQOLARINI NİYƏ SÖKÜB?

Ukraynada müdafiə naziri də dəyişir

Süni intellekt artıq reallığa çevrilib.

40° isti, külək, yağış... -SABAH

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bütün xəbərlər