gundem / dunya
9.05.2020
Bu ölkə 9-cu dəfə iflas olmağa hazırlaşır

65 milyard dollarlıq borcunun restrukturizasiyası ilə bağlı kreditorlarıyla razılağa gələ bilməyən Argentinanın 9-cu dəfə iflas etməsi gözlənilir.
dogruxeber.tv Musavat.az-a istinadən xəbər verir ki, bu məlumatı “Faynənşıl Tayms” yayıb. Ölkəyə borc verən ABŞ fondları ölkənin faiz ödənişlərini 2023-cü ilə qədər təxirə salınmasını qəbul etməyib. Digər tərəfdən Argentina hələlik rəsmi şəkildə kreditorlarının onun borc restrukturizasiyası təklifini rədd etdiyini açıqlamadığı bildirilib.
Rəsmi Bounes Ayresin borc aldığı qurumlar arasında “BlackRock”, “Fidelity T. Rowe Price”, GMO və “VR Capital”ın olduğu vurğulanıb.
Qəzet həmçinin borclarını ödəməyəcəyi halda ölkəni 2001-ci ildəkinə bənzər böhranla üz-üzə qalacağını bildirib.


