Ağ Ev “xilas əməliyyatına” hazırlaşır... – “Bədbəxtlik məktubları” bitmək bilmir...

ABŞ hökuməti ölkə iqtisadiyyatını koronavirusun gətirdiyi fəsadlardan qismən də olsa qorumaq üçün “xilas əməliyyatı”na hazırlaşır.
dogruxeber.tv xarici mediaya istinadən xəbər verir ki, minlərlə şirkətin bir-birinin ardınca hökumətə ünvanladığı “bədbəxtlik məktubları” Ağ Evi təcili tədbirlər görmək məcburiyyəti qarşısında qoyub. Belə ki, məktublarında sahibkarlar bir-birinin ardınca iflas etdiklərini, yaxud iflas astanasında olduqlarını qeyd edirlər. Bu isə Ağ Evi təcili və təxirəsalınmaz tədbirlər görmək məcburiyəti qarşısında qoyub.
Bu baxımdan da Ağ Ev ilkin olaraq bütün biznes qurumlarında, şirkətlərində yoxlamaları dayandırıb. Ilkin olaraq turizm və hava nəqliyyatı sektorunun vergi ödənişləri təxirə salınıb. Lakin mütəxəssislər hesab edir ki, nəhəng ABŞ iqtisadiyyatını koronavirusun vurduğu iqtisadi zərərdən qorumaq üçün daha sistemli və ciddi tədbirlərin görülməsinə ehtiyac var. Hazırda Ağ Evin bu yöndə ciddi tədbrilər planı hazırladığı bildirilir. Məlum tədbirlər planı minlərlə şirkət və xidmət sektoruna böyük güzəştlər və vergi azadetmələrini nəzərdə tutur.


