gundem / sosial
15.04.2020, 18:09
Vətəndaşlarımız ölkəyə belə gələ biləcək – Rəsmi

Xaricdəki həmvətənlərimizin ölkəyə gələ bilməmələri bizi də narahat edir. Bu, ölkədə yoluxma hallarının artmaması üçün idi.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, aprelin 20-dən sonra həftə ərzində 300-400 vətəndaşımızın ölkəyə daxil olması imkanı yaradılacaq:
“Ən çox Rusiyadan vətəndaşlarımızın gəlməsi gözlənilir və onlar üçün “Evə gedirəm” portalı yaradılır. Onlar bu portalda qeydiyyatdan keçərək, ölkəyə gələ biləcəklər”.axar.az


