dunya
11.05.2020, 14:29
Qazaxıstanda tətbiq olunan fövqəladə vəziyyət bitib

Qazaxıstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət bitib.
dogruxeber.tv bildirir ki, APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, hökumət COVID-19 pandemiyasının yayılma dərəcəsindən asılı olaraq şəhər və regionlarda mədudiyyətlərin tədricən qaldırılması barədə göstəriş verib.
Əgər ölkənin regionlarında ardıcıl yeddi gün ərzində COVID-19-un artması 7 faizdən aşağı olarsa, o zaman hökumətin qərarına əsasən, böyük pərakəndə satış mərkəzləri, ofislər, açıq bazarlar, gözəllik salonları və idman salonları kimi müəssisələrin açılmasına icazə veriləcək.
Mayın 4-də ölkədaxili uçuşlar bərpa olunub.
Qeyd edək ki, indiyədək Qazaxıstanda 5126 nəfər virus yoluxub, onlardan 31 nəfər vəfat edib./APA.az/


