hadise
14.05.2020, 15:05
Kür çayında kişi batdı
![]()
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.(Virtualaz.org)


