hadise / dunya
14.05.2020
İstanbulda ikimərtəbəli binada yanğın
![]()
İstanbulda iki mərtəbəli binanın damında yanğın olub.
dogruxeber.tv Virtualaz.org-a istinadən bildirir ki, hadisə mayın 13-də yerli vaxtla 20:20 radələrində Ataşehir rayonunda baş verib.
Bildirilib ki, yanğın yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Yanğının səbəbini müəyyənləşdirmək üçün araşdırma aparılır. Yanğın zamanı evdə heç kimin olmadığı da bildirilib.


