hadise
10.10.2019
Gəncədə 5 mərtəbəli binada yanğın baş verib

Gəncədə 5 mərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 3 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Trend


