hadise
14.03.2019
Bakıda beşmərtəbəli binada yanğın oldu

Bakıda beşmərtəbəli binada yanğın baş verib.
FHN-dən verilən məlumata görə, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları 2 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


