hadise
4.01.2019, 09:32
Bakıda binada yanğın - 1 nəfər xəsarət aldı

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.
FHN-dən verilən məlumata görə, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 2 m² sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


