hadise
2.09.2018, 09:31
Sumqayıtda binada yanğın - 10 nəfər təxliyə olundu

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.
“dogruxeber.tv” FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb.
Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


