siyaset
16.05.2020, 18:02
Paşinyandan Qarabağla bağlı şok qərar: “Ehtiyac yaranarsa...”

Ermənistanın Baş naziri Nikol Paşinyan bəzi məqamlarla bağlı keçmiş prezidentlərlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edə biləcəyini istisna etmir.
dogruxeber.tv Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı özü açıqlama verib.
“Əgər, belə bir ehtiyac yaranarsa, mən bununla bağlı heç bir problem görmürəm”, - Paşinyan deyib.
Bununla yanaşı, Paşinyan vurğulayıb ki, indi buna ehtiyac yoxdur, çünki münaqişə ilə bağlı bütün məlumatlar onun ixtiyarındadır.


