“Çempionatlar avqustun əvvəlinə kimi tamamlanmalıdır”












Peşəkar Futbol Liqasının rəsmiləri Avropa Peşəkar Futbol Liqaları (EPFL) ilə məlum periodda sayca 3-cü videokonfransda iştirak edib. dogruxeber.tv “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

Onun sözlərinə görə, öncəki görüşlərdə olduğu kimi bu dəfə də üzv liqalara UEFA-nın işçi qruplarında gedən müzakirələr, Avropada liqalar üzrə hazırkı vəziyyət haqqında məlumat verilib, optimal yenidən başlamaq ssenariləri barədə üzv liqaların planları nümayiş etdirilib:

“Ümumilikdə 51 nəfərin iştirak etdiyi konfransda biz də öz növbəmizdə vəziyyəti açıqladıq və hadisələrin tezliklə müsbətə doğru dəyişəcəyinə ümid etdiyimizi bildirdik.

UEFA-nın təqvim hazırlanması üzrə fəaliyyət göstərən işçi qrupunda hazırda yalnız 1 ssenari üzərində danışıqlar aparılır: yerli çempionatlar avqust ayının əvvəlinə kimi (dəqiq gün yoxdur) tamamlanır, UEFA 2019/20 sezonundan yarım qalan yarışlarını isə avqust ayının sonuna kimi başa çatdırır. Qitə səviyyəli 2020/21 klub yarışlarına seçmə mərhələlərin isə avqust ayının əvvəlindən etibarən başlanılması planlaşdırılır. Ancaq istənilən halda bu plan yenə də yekun təklif, yaxud qərar qüvvəsində deyil. Çünki UEFA İcraiyyə Komitəsinin 27 may üçün nəzərdə tutulan iclası 17 iyuna təxirə salınıb, üstəlik bir sıra ölkələrdəki qeyri-müəyyənlik bu təklifin nə dərəcədə real olub-olmadığını sual altına salır. Bununla yanaşı, əvvəlki bütün ssenarilərin üzərindən xətt çəkilib və yalnız bu ssenari üzərində durulur, görünür ya belə, ya da buna bənzər bir səviyyədə yekun bir nəticəyə varılacaq.

Digər bir maraqlı məlumat isə transfer pəncərəsi və oyunçu müqavilələri ilə bağlıdır. Hazırda müzakirə edilən ssenariyə əsasən yay transfer dövrü 12 həftə davam etdiyi üçün ən tez 12 iyulda başlayıb, 5 oktyabrda qurtara bilər. Çünki 1 oktyabr növbəti sezon UEFA klub yarışlarına vəsiqə əldə etmək üçün keçirilən təsnifat mərhələsində son pley-off oyun günü, ondan 2 həftə sonrası isə yarışların başlama tarixi kimi nəzərdə tutulur. Ancaq bu məsələdə də sual doğuran bir sıra məqamlar var. Ən əsası odur ki, FİFA qaydalarına əsasən transfer pəncərəsi çempionat tam başa vurulduqdan sonra açıla bilər. Hansısa ölkə daxili çempionatını nəzərdə tutulan tarixə kimi başa vura bilməsə, necə olacaq? Bu, o çempionatdakı klublar üçün transfer pəncərəsində vaxt itkisi deməkdir. İndiki halda liqaların nəzərdə tutulan tarixədək başa vurulmasını ehtimal etmək çətindir, çünki situasiya hər an dəyişə bilər. Hər bir halda yaxın vaxtlarda UEFA-nın bu tip problemləri özündə birləşdirən və üzv assosiasiyaların ümumi marağı fonunda hazırlanan bir bəyanat yayacağı bildirildi.

Konfransda FİFA-da yaradılan işçi qruplarda yer alan EPFL nümayəndəsi də çıxış etdi. O, hazırda qurumun milli komandaların oyun cədvəli üzərində çalışdığını bildirdi. Burada gedən müzakirələrə əsasən, FİFA sentyabr və oktyabr ayında milli komandaların qarşılaşmasını keçirməməyi, əvəzində noyabr və dekabr aylarında ümumilikdə 10 oyun günündən ibarət bir qrafik hazırlamağı düşünür. Amma digər hər məsələ kimi, bu da dəqiq deyil və ölkələrdəki vəziyyətdən asılıdır”.

EPFL üzv liqaları arasında çempionatlarını davam etməsi rəsmiləşənlər aşağıdakılardı:

• Avstriya – 2 iyun

• Almaniya – 16 may
• Çexiya – 25 may
• Danimarka – 28 may
• İsrail – 30 may
• Litva – 30 may
• Norveç – 16 iyun
• Portuqaliya – 4 iyun
• Polşa – 29 iyun
• Rusiya – 21 iyun
• Serbiya – 30 may
• Türkiyə – 12 iyun

EPFL üzv liqaları arasında çempionatlarını tamamlamadan başa vuranlar:
• Belçika
• Fransa
• Hollandiya
• Şotlandiya

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər