Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video





Bu gün cəmiyyətin böyük əksəriyyətini narahat edən məsələlərdən biri də Hotel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalardır. Şəhərin müxtəlif ərazilərində belə məkanların açıq şəkildə fəaliyyət göstərməsi gələcəkdə qeyri-sağlam cəmiyyətin olmasına əsaslı bir mənbədir.
Maraqlıdır,bəs görəsən bu cür fəaliyyət göstərən məkanlar kimlər tərəfindən himayə olunur? Təbii ki,bu cür suallar hər kəsi düşündürdüyü kimi ,bizim də diqqətimizdən kənarda qalmadı.
Belə ki,sözügedən məsələ ilə bağlı “dogruxeber.tv” informasiya agentliyinin redaksiyasına Binəqədi rayon ərazisində Grand Hotel adı altında fəaliyyət göstərən məkanla bağlı maraqlı məlumatlar daxil olmuşdur.
Məlumatlarda bildirilir ki, Bakının Binəqədi rayon Əcəmi Naxçıvanski küçəsində Hotel kimi fəaliyyət göstərən məkanda sözün əsl mənasında əxlaqsızlıq baş alıb gedir. Bu məlumatı əldə etdikdən sonra, sözügedən məkanda baxış keçirməyi qərara aldıq.
Karantin rejiminin tətbiq olunduğu vaxt, yəni -16.05.2020-ci il,saat 18:30 radələrində “Azerinfo.az” saytının baş redaktoru ilə birlikdə Binəqədi rayon Əcəmi Naxçıvanski küçəsində yerləşən Grand Hotel-də göstərilən fəaliyyətlə yaxından tanış olduq.
Məlumdur ki, Hotel kimi fəaliyyət göstərən məkanlar qanunvericilikdə nəzərdə tutulmuş qayda olaraq,qəbul etdikləri hər bir müştərinin kimliyinə dair sənədlərin təqdim olunmasını tələb edirlər.
Amma Grand Hotel adı altında fəaliyyət göstərən məkanda isə,bu tələblər tamamilə fərqlidir. Belə ki,məkana yaxınlaşan müştərilərdən ilk olaraq neçə qız,neçə oğlan olduqlarını soruşurlar.
Hətta bu azmış kimi, otaqların 5 saatını 25 manat,10 saatını isə 40 manata təqdim etmələri,yuxarıda qeyd olunan iddiaların reallığını əks etdirir.
Hesab edirik ki,tərəfimizdən ictimailəşdirilən məkanın hansı maraqlara xidmət göstərməsi hüquq-mühafizə orqanları tərəfindən diqqətə alınar.
Söz haqları olduğu üçün qarşı tərəfi də dinləməyə hazırıq..

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər