Vətəndaşların nəzərinə! Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək













Restoran, kafe və çay evlərinin iş rejimində və istifadə qaydalarında bir sıra dəyişikliklər edilib.

dogruxeber.tv-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonlarında fəaliyyət göstərən restoran, kafe və çay evləri iyunun 1-dən etibarən saat 08:00-dan 22:00-dək fəaliyyət göstərəcək.

İş rejiminə dəyişiklik edilsə də, bir sıra qadağalar qüvvədə qalıb. Belə ki, qəlyan avadanlıqlarından istifadə qadağası qüvvədədir. Restoran, kafe və çay evlərində 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili də qadağandır.

Restoran, kafe və çay evlərindən xidmət isə “ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında aparılacaq.

Nazirlər Kabinetinin maskalarla bağlı yeni qərarından sonra restoran, kafe və çay evlərində də tibbi maskalardan istifadə də məcburi olub. Yeni qaydalara əsasən, insanlar bu tipli qapalı məkanlarda olarkən mütləq maskadan istifadə etməlidir. Yalnız kafe və restoranlarda masa arxasında olarkən maskadan istifadə etməmək olar, bütün digər hallarda maskadan istifadə etmək lazımdır. İnsanlar restorandan çıxıb geri qayıtdıqdan sonra əllərini yumalıdırlar.

Kafe, restoranlarda və digər ictimai iaşə müəssisələrində bu qaydalara nəzarət edəcək xüsusi şəxslər olacaq.

Qaydaları pozanlar İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaq. Maskadan istifadə etməməyə görə cərimənin miqdarı isə hələki müəyyənləşməyib. Qərar Milli Məclisdə müzakirə olunur, qəbul olunduqdan sonra maskadan istifadə etməyən şəxslər cərimə olunacaq.
(Trend.az)

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər