siyaset
2.06.2020, 17:03
Masallının prokuroru da işdən çıxarıldı

Baş prokuror Kamran Əliyev daha bir prokuroru işdən çxıarıb.
dogruxeber.tv "Qafqazinfo"a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat yayıb. Onun sözlərinə görə, Baş Prokurorun imzaladığı əmrlə Masallı rayon prokuroru Allahverdi Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.


