Toy və yas mərasimlərinin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər -AÇIQLAMA














Son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri də toylara, yaslara və kütləvi yığıncaqlara qoyulan qadağadır. Bir çoxları toyların gələn həftə və yaxud da oktyabr və dekabr ayına kimi təxirə salındığını iddia edir. Gələn həftə toy, yas və digər kütləvi yığınacaqlara icazə verilə bilərmi?

dogruxeber.tv bildirir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bu barədə indidən dəqiq fikir bildirmək mümkün deyil: "Bu daha çox vətəndaşlarımızın məsuliyyətindən və virusa yanaşmalarından asılı olacaq. Bildiyiniz kimi, son günlər ölkəmizdə virusa yoluxanların sayında ciddi artım müşahidə olunmaqdadır. Təəssüfki, hələ də bəzi vətəndaşlarımız məsələyə məsuliyyətsiz və laqeyd yanaşırlar. Hər birimiz ölkəmizin milli təhlükəsizliyinin qorunması naminə daha diqqətli və məsuliyyətli olmalıyıq. Əgər ciddi azalma müşahidə olunarsa bu məsələ nəzərdən keçirilə bilər. Əks halda bu mərasimlərin keçirilməsinə tətbiq edilən məhdudiyyətlər daha da uzadıla bilər. Fürsətdən istifadə edərək üzümü vətəndaşlarımız tutaraq onları qaydalara əməl etməyə çağırıram. Əks halda xəstəlik ölkəmizdə daha sürətlə yayılacaq, daha çox vətəndaşımız bu virusa tutulacaq. Başqa bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, karantin dövründə yas və toy mərasimləri keçirilmədi və uzun müddətdir yas və toy mərasimlərində baş verən israfçılığa bir az ara verildi. Hesab edirəm ki, karantin dövrü həm də bu mərasimlərin keçirilmə formasına yenidən baxmaq üçün yaxşı bir fürsət oldu. Karantin bitməmiş biz bu məsələlərə baxmalı, toy və yas mərasimlərinin israfçılıqdan uzaq keçirilməsi və yüngülləşdirilməsi ilə bağlı qərarlar qəbul etməliyik. İnsanlarımın mərasimlərin bu formada keçirilməsindən çoxu narazıdır. Milli Məclisdə mən bu məsələni qaldırmışdım. İnanıram ki, vətəndaşlarımız karantin bitdikdən sonra da yas və toy mərasimlərinin yüngül keçirilməsi barədə qənaətə gələcək və gündəlik həyatlarında bunu tətbiq edəcəklər".

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər