Ünvanlı sosial yardımlarla bağlı əsas yeniliklər açıqlandı












“Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qəbul edilən yeni qanun layihəsi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, sosial yardım proqramının şərtlərinin yumşaldılmasına və proqramın əhatə dairəsinin genişlənməsinə xidmət edir. Sənəddə Qanunun 5 maddəsinə 11 dəyişikliyin edilməsi və 10-cu maddənin yeni redaksiyada verilməsi əksini tapır.

dogruxeber.tv bildirir ki, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nəzərdə tutulan yeniliklərdən biri budur ki, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi sosial yardım təyinatından imtinaya və ya ailəyə təyin edilmiş yardımın ödənişinin dayandırılmasına səbəb olmayacaq. Yəni ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Ailənin gəlirlərində baş verən dəyişiklik barədə məlumat verilməsi üçün müddət də uzadılır, ailə bu barədə artıq 5 iş günündən 15 iş gününə qədər məlumat verə biləcək.

Həmçinin sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da layihədə yer alıb.

Eyni zamanda, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihəsi də artıq hazırlanıb.

Bu Qaydalarda da ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması nəzərdə tutulub. Hazırda ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumuna nisbəti 10 faizdən çox olduqda sosial yardım təyinatından imtina edilir.

Bu istiqamətdə də dəyişiklik kimi, həmin nisbət 10 faizdən 15 faizə çatdırılır.

Daha bir yenilik kimi, ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayı da əhəmiyyətli dərəcədə azaldılacaq. Yəni elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların vətəndaşlar tərəfindən ərizə-bəyannamədə bəyan edilməsi tələbi aradan qalxacaq (Məsələn, ailəni təmsil edən şəxsin sosial yardım üçün müraciət edəkən onun özünün və ailə üzvlərinin pensiya, müavinət, təqaüd və s. ilə təmin edilib-edilmədiyinə dair məlumatları daxil etməsinə ehtiyac qalmayacaq).
Beləliklə, həm ünvanlı sosial yardımın aztəminatlı ailələr üçün əlçatanlığı asanlaşacaq, həm də ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılacaq.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər