dunya
8.06.2020
“British Airways” pilotları işdən çıxarmaqla təhdid edib

İngiltərənin milli aviadaşıyıcısı “British Airways” yeni ixtisarlara etiraz edən həmkarlar ittifaqını 4,5 min pilotun hamısını işdən çıxarıb, hər biri ilə fərdi müqavilələr bağlamaqla təhdid edib.
dogruxeber.tv bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Məlumata görə, şirkət və həmkarlar ittifaqı arasında 1 130 işçinin işdən çıxarılması ilə bağlı aparılan danışıqlar zamanı, qurum şirkətin daha 125 pilotun ixtisarlar siyahısına əlavə edilməsinə etiraz edib.
Qeyd edək ki, ümumilikdə 45 min işçisindən 12 minini ixtisar etməyi hədəfləyən şirkət: “Qlobal iqtisadiyyat ciddi şəkildə zəifləyərkən, aviasiya sənayesi öz tarixində ən dərin struktur dəyişikliyini yaşayır. Biz mümkün qədər çox iş yerini qorumağa çalışırıq”.


