hadise
11.06.2020
Azərbaycanda məşhur şirkətin rəhbəri istefa verdi

"Azqranata” şirkətinin baş direktoru (CEO) Anar Bayramov istefa verib.
dogruxeber.tv Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə qərarını feysbukda açıqlayıb:
"Çox fikirləşdikdən sonra Azqranata-dan ayrılmaq qərarına gəldim. Artıq qərarımı elan etmişəm, ayın sonuna kimi işləri təhvil verəcəyəm”.
Qeyd edək ki, A.Bayramov daha əvvəl "Modern Group" və "Dəmirbank"da rəhbər vəzifələrdə çalışıb.


