dunya
11.06.2020, 16:27
Tehranda küçələrdən birinə Corc Floydun adının verilməsi təklif olundu

İranın paytaxtı Tehran şəhərində yerləşən küçələrindən birinə ABŞ-da polis zorakılığı nəticəsində həyatını itirən afroamerikalı Corc Floydun adının verilməsi təklif olunub.
dogruxeber.tv-ın İSNA-ya istinadən verdiyi xəbərə görə, bu təkliflə İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi çıxış edib.
“Mən kapitalist Qərb sisteminə etiraz olaraq Tehran küçələrindən birinə Corc Floydun adının verilməsini təklif edirəm”, - deyə iranlı deputat qeyd edib.


