dunya
16.06.2020
Qırğızıstan Prezidenti hökuməti istefaya göndərdi
![]()
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov dünən istefa verən Baş Nazir Muxammedkalıy Abılqaziyevin istefasını qəbul edib.
dogruxeber.tv yerli KİV-ə istinadən bildirir ki, Prezidentin Baş Nazirin istefasını qəbul etməsi hökumətin tam tərkibdə istefaya getməsi deməkdir.
Prezident Baş Nazirin müavinlərindən və hökumətin digər üzvlərindən xahiş edib ki, yeni hökumət formalaşdırılana qədər öz səlahiyyətlərini icra etsinlər.
Yaxın günlərdə Qırğızıstan Hökumətinin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.


