Dünya bazarında neftin qiyməti aşağı düşüb. Bu barədə “Bloomberg” xəbər yayıb. İyul ayı üçün WTI markalı neftin fyuçersləri 0,82% ucuzlaşaraq bir bareli 37,65 dollar olub. Avqust ayı üçün “Brent” markalı neftin fyuçersləri 0,37% ucuzlaşaraq 40,56 dollar təşkil edib.