hadise
20.06.2020, 10:34
Bakıda gənc boğazından bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
dogruxeber.tv Hurriyyet.org-a istinadən xəbər verir ki, Müzəffər Həsənov küçəsində yerləşən 1 saylı Vərəm Əlehyinə Dispanserin qarşısında dayanan 1995-ci il təvəllüdlü Kərimov Elvin Manaf oğluna naməlum şəxs yaxınlaşıb və onunla mübahisə edib. Sonradan tərəflər əlbəyaxa dava edib. Bu zaman E.Kərimov boğaz nahiyəsindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.


