hadise
24.06.2020, 13:36
Keçmiş məhkumlar əlbir olub qətl törətdilər

İyunun 17-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.
dogruxeber.tv bildirir ki, Daxili İşlər Nazirliyindən Lent.az -a verilnə məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinənlər, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.


