Gömrük Komitəsi həbs olunan şöbə rəisi ilə bağlı məlumat yaydı










Dövlət Gömrük Komitəsi Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin həbsi ilə bağlı məlumat yayıb.

dogruxeber.tv bildirir ki, DGK-dan Yenisabah.az-a daxil olan məlumatda bildirilir ki, ölkə başçısı tərəfindən gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılmasıdır. Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının birgə gerçəkləşdirdikləri növbəti əməliyyat tədbiri nəticəsində daha bir gömrük əməkdaşının qanunsuz əməli ifşa olunub.

Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə əməliyyat məlumatı daxil olub və bununla əlaqədar olaraq sözügedən hüquqazidd əməlin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. Belə ki, qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanan cinayət haqqında məlumat gömrük orqanları tərəfindən istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan "Gate Est Group" MMC və "İnterlogistics" MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında prokurorluq və gömrük orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət məlumatlandırılacaq.

Son xəbərlər

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Bütün xəbərlər