hadise / dunya
26.06.2020, 10:00
Çində güclü zəlzələ: 6,4 bal

Çinin şimal-qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanlar iyunun 26-da, saat 01:05 radələrində qeydə alınıb. Zəlzələ ocağı yerin səthindən 10 kilometr dərinlikdə olub.
Təbii fəlakət nəticəsində dağıntılar və insan itkisi barədə məlumat verilməyib.
(Oxu.az)


