dunya
3.01.2019, 10:38
Çində 5,3 bal gücündə zəlzələ baş verdi

Çində 5,3 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv Çinin Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 08:48-də qeydə alınan yeraltı təkanların episentri Sıçuan əyalətində, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.


