Hakimi "Borussiya" ilə belə sağollaşdı - Vida məktubu

Əşrəf Hakimi son iki ili icarə əsasında çıxış etdiyi Dortmund "Borussiya"sı ilə sağollaşıb.
dogruxeber.tv Fanat.az-a istinadən xəbər verir ki, Hakimi "Twitter" hesabında vida məktubunu paylaşıb:
"Həyatımın ən gözəl mərhələlərindən birini bağlamaq vaxtıdı. Birlikdə keçirdiyimiz iki gözəl ildən sonra klubu tərk etməyə hazıram.
İlk gündən bəri klubun və şəhərin mənə göstərdiyi diqqət və qayğı inanılmaz idi. İndi başa düşürəm ki, iki il əvvəl "Borussiya"nı seçməklə doğru qərar vermişəm.
Bütün bu müddət ərzində mənə inandığınıza və sevildiyimi hiss etdirdiyinizə görə bütün komanda yoldaşlarıma, məşqçilər korpusuna və klub əməkdaşlarına təşəkkür edirəm. Həmçinin, qeyri-şərtsiz hər oyunda bizi dəstəkləyən möhtəşəm fanatlarımıza minnətdaram. Heç vaxt "Sarı divar"ı unutmayacam.
Son olaraq, məni dəstəkləyən ailəmə və dostlarıma təşəkkür edirəm".
Mərakeşli futbolçu karyerasını "İnter"də davam etdirəcək. Hakiminin transfer haqları "Real"a məxsusdu.


