sosial
1.07.2020, 10:32
“Aİ 95”in qiyməti qalxdı

Bu gündən Azərbaycanda “Aİ 95” premium markalı benzinin qiyməti artıb.
dogruxeber.tv bildirir ki, qiymət 10 qəpik qalxıb və hazırda 1 manat 20 qəpik təşkil edir.
Qeyd edilir ki, bu markalı benzin idxal olunduğundan, qiymət artımı dünya bazarındakı dəyişikliklə əlaqədardır.
Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti mayın 1-də 10 qəpik ucuzlaşmışdı.
(Qafqazinfo.az)


