sou
2.07.2020
Məşhur aktyor ekranlara qayıdır

Türkiyəli məşhur aktyor Şükrü Özyıldızın yeni serialı ilə bağlı detallar məlum olmağa başlayıb.
dogruxeber.tv bildirir ki, 32 yaşlı aktyor “Akıncı” adlı yeni serial ilə ekranlara geri qayıdır. Serialın qadın baş rol ifaçısı isə Büşra Develi olacaq.
Ssenarisini Hakan Kandalın qələmə aldığı ekran işinin rejissoru isə Veli Çelik olacaq.
“Akıncı” serialı yeni televiziya mövsümündə Türkiyənin “ATV” kanalında yayımlanacaq.
(Big.az)


