hadise
4.07.2020, 16:02
Paytaxtda “Shacman” piyadanı vurub öldürdü

Paytaxtda piyada ölümü ilə nəticələnən yol qəzası olub.
Dogruxxeber.az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 4-də saat 01 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Quba rayon sakini Z.Abbasov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən 30-40 yaşlı kişini vurub.
Piyada hadisə yerində ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.


