İntihar edəcəyini deyən Qarabağ qazisi ilə bağlı - DİN-dən açıqlama












Daxili İşlər Nazirliyi Gəncə şəhər sakini olan Qarabağ qazisi Elşad Quliyevin Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyinin adından küçədə piyada səkisi üzərində qarpız satdığı üçün ondan pul tələb edilməsi barədə yaydığı iddialara münasibət bildirib.

dogruxeber.tv xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "”Qafqazinfo”ya bildirib ki, Elşad Quliyevin iddiaları həqiqəti əks etdirmir: “E. Quliyevin sözügedən çıxışından dərhal sonra o, Gəncə şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilərək iddia etdiyi məsələ ilə bağlı dinlənilərək izahatı alınıb. Vətəndaş izahatında ona məxsus marketin qabağında qarpız satdığı üçün polis əməkdaşları tərəfindən bir neçə dəfə xəbərdarlıq edilərək küçə ticarətinin qanunla qadağan olunduğunu, mağazanın qarşısındakı qarpızların piyadaların hərəkətinə maneə törətdiyi barədə xəbardarlıq edildiyini bildirib. E. Quliyev onu da bildirib ki, xəbərdarlıq edildikdən 1 gün sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Gəncə şəhər Baş Polis İdarəsinin rəisinin adından pul istəyib və o bu iddiasını mağazadakı müşahidə kameraları vasitəsilə təsdiq edə biləcəyini bildirib. Lakin müşahidə kameralarına baxış keçirilən zaman hər hansı mülki geyimli şəxslərin mağazaya gələrək ondan rüşvət tələb etməsi barədə görüntü aşkarlanmayıb. Aparılan araşdırmalar nəticəində məlum olub ki, E. Quliyev ona bildirilən iradlardan nəticə çıxarmaq əvəzinə, Qarabağ döyüşlərində iştirak etməsindən istifadə edərək öz qanunazidd əməlinə bəraət qazandırmaq istəyib”.

Qeyd edək ki, E.Quliyev səkidə qarpız satması üçün Gəncə şəhər Polis İdarəsinin rəisi adından ondan 1500 manat pul tələb edildiyini iddia edib. O, həmçinin səkidə qarpız satmasına icazə verilməyəcəyi halda özünü doğrayaraq intihar edəcəyini bildirib. İddiasına görə, bir neçə gün əvvəl şəhərdə kanalizasiya şəbəkəsindəki problemlə bağlı şikayətinə əsasən, müvafiq qurumlar onunla prinsip ararır.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər