sosial
11.07.2020
“STP”nin Baş direktoru vəzifədən gedir

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov tutduğu vəzifədən azad olunacaq.
dogruxeber.tv “Qafqazinfo”a daxil olan məlumata əsasən bildirir ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov öz xahişi ilə 17.07.2020-ci il tarixindən etibarən tutduğu vəzifədən azad olunacaq.Müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur.


