Qeyri-qanuni tikintiklərlə bağlı Abşeron RİH-i tərəfindən dəfələrlə aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb






Bir sıra kütləvi informasiya vasitələrində Abşeron rayonunun Qobu və Hökməli qəsəbələrində yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında qanunsuz tikinti işləri aparılması ilə əlaqədar informasiyalar yayılmışdır. Yayılmış informasiyalarla əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin mətbaut xidmətinin rəhbəri Seymur Qasımov bildirib ki, qeyd olunan hallarla bağlı dəfələrlə özbaşına, qeyri-qanuni tikinti işləri aparan şəxslərə xəbərdarlıq edilmiş, aidiyyatı qurumlar qarşısında məsələ qaldırılmışdır. Belə ki, rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci maddəsinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 16-cı fəslinin, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il, 695 nömrəli Fərmanının, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.1, 4.2 və 4.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həmin özbaşına tikintilərin qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı dövlət qurumları və hüquq mühafizə orqanları qarşısında məsələ qaldırmış, yazılı müraiətlər ünvanlamışdır.

Əlavə olaraq bildiririk ki, sözügedən ərazilərdə aparılmış qanunsuz tikililərin qarşısının alınması və sökülməsi tələbi ilə məhkəmə orqanları qarşısında iddia tələblərinin qaldırılması qanunvericiliyə əsasən həmin tikililərin inşa olunduğu torpaq sahəsinin mülkiyyətçisi kimi “Azərenerji” ASC-nin aidiyyatı qurumlarının səlahiyyətindədir.

Yuxarıda qeyd olunan müvafiq icra hakmiyyyəti və hüquq mühafizə orqanlarına Abşeron rayon İcra Hakimiyyəti tərəfindən edilmiş müraciətlər təmin olunacağı və səlahiyyətli qurum tərəfindən belə bir iddia tələbi qaldırılaraq məhkəmə tərəfindən təmin olunacağı təqdirdə rayon İcra Hakimiyyəti qanuna müvafiq qaydada köməklik göstərməyə hazırdır.

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər