hadise
22.07.2020, 13:26
Yasamalda ağır qəza: 1 ölü

Bakının Yasamal rayonunda yol qəzası olub
dogruxeber.tv Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Kənar dairəvi yolda Tərtər rayon sakini N.Haqverdiyevin idarə etdiyi “Renault” markalı avtomobil və Bakı şəhər sakini Emil Kərimovun idarə etdiyi “Kawasaki” markalı motosiklet toqquşub.
Nəticədə E.Kərimov hadisə yerində ölüb.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.


