hadise
6.08.2020, 15:48
Bakıda evdən 4 900 manatlıq məişət əşyaları oğurlandı

Bakının Xətai rayonunun polisi oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları keçiriblər.
Əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 000 ABŞ dolları (3 400 manat) və 1 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.
(Oxu.az)


