dunya
6.08.2020, 10:43
Putin üç generalı istefaya göndərdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin İstintaq Komitəsinin üç generalının vəzifələrindən azad edilməsi üçün sərəncam imzalayıb.
dogruxeber.tv bildirir ki,bununla bağlı RBK məlumat yayıb.
Bildirilib ki, istefaya göndərilənlər - general-mayor Andrey Bunyev, general-mayor Sergey Vasyulin və general-leytenant Vadim Buqayenkodur.
Hər üç şəxs vəzifədən azad olunmaq üçün Putinə ərizə ilə müraciət etmişdi.


