dunya
10.08.2020
Rusiya Türkiyə kurortlarına uçuşları bərpa edir

Bu gündən etibarən Rusiyadan Türkiyənin Antalya, Bodrum və Dalaman kurortlarına uçuşlar bərpa olunur.
dogruxeber.tv bildirir ki, uçuşlar "Aeroflot", "S7", Ural Hava Yolları, “Royal Flight”, "Pobeda", "İkar", "Red Vings", "Severnıy veter" və "Azur Eyr" kimi aviaşirkətlər tərəfindən həyata keçiriləcək.
Türk Hava Yolları, "Peqasus" və Corendon Hava Yolları da uçuşları bərpa edir.
Bu təyyarələrin Moskva və Sankt-Peterburqla yanaşı, Rostov şəhərinə də uçacaqları bildirilir.
(Axar.az)


