sosial
12.08.2020
Bu il 3 milyard manatdan çox sosial yardım ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-iyul aylarında ümumilikdə 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım ödənilib.
dogruxeber.tv xəbər verir ki,bu barədə “Qafqazinfo”ya ƏƏSMN-dən bildirilib. Məlumata görə, bu istiqamətdə ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çox olmaqla, 3 mlrd. 349 mln. manat vəsait ödənilib.


