Millət vəkili Dubayda iki oğlunun təhsil alması üçün 300 min dollar xərcləyib













Deputat Rüfət Quliyevə bərk toxunub ki, niyə onun Dubaydakı Amerika Universitetində oxumuş övladları barədə yazmışam. Hələ ki, sözgəlişi bir xatırlatma eləmişəm.

Niyə də yazmayım? Göydən zənbillə düşüblər?
Cənab filtermeyker deyir ki, bu yazını hansısa qurumu tənqid etməsindən 2 gün sonra yazmışam və bu təsadüf deyil, sifarişçi həmin qurumdur: "Amma sifarişçilər bilməlidir ki, mən onsuz da silahımı yerə qoyan deyiləm. Sifarişçilər bilsinlər ki, əlimdən “tapança”nı alıb, "pulemyot" verdilər”.

Aradım ki, üç gün əvvəl möhtərəm deputat TƏBİB-ə göndərdiyi məktublara cavab almadığı üçün onu tənqid edib, tənqid də demək olmaz narazılığını bildirib.
Amma yenə də söhbət Rüfət Quliyevin dediyi kimi tənqiddən, hansısa dövlət qurumundan, illah da TƏBİB-dən gedirsə, mən ona çoxlu "pulemyot gülləsi", azlıq edirsə, "artilleriya" arzulayıram, hədəfi bol olsun!
(Hələ az qalıram deyim ki, hədəfi mənə şəxsən Ramin Bayramlı, ona isə Operativ Qərargah nişan verib)))

Qaldı, həmin universitetlə bağlı yazdıqlarıma, bəli o üniversitetdə illik təhsil haqql 85 min dirhəmdən (24 min dollar) başlayır
https://www.schoolapply.com/schools/bachelors-degree/american-university-in-dubai/
4 illik təhsil haqqı 96-100 min dollar edir, iki övladı üçün ən azı 192 min dollar deməkdir, həmin müddət ərzində kirayə və yemək xərclərini üstə gələndə hələ çox insaflı rəqəm demişəm.

Amma Rüfət Quliyevin iddia etdiyi kimi Dubaydakı o təhsil ocağı ABŞ universiteti deyil, bizim Bakıdakı keçmiş San-Marino universiteti kimi bir şeydir. Yəni Rüfət Quliyevin dediyi kimi onu Bill Klinton yox, Dubay şeyxi Sheikh Mohammed Bin Rashid Al Maktoumun dəstəyilə Atlanta Universitetinin ərəb əsilli əməkdaşı Elias Bou Saab təsis edib.
https://www.aud.edu/university-overview/history/

İndi deputat ABŞ universiteti deməklə, guya bununla onun reytinqi 4064-cü yerdən 14-cü yerə gələcəkmiş.
https://www.4icu.org/reviews/4666.htm

Deyir, övladları15 il əvvəl məzun olublar, Allah qoysa, vətənə qayıdıb burada işləyəcəklər.
Allah qoysa, III, IV V və VI çağırış deputat olmuş Rüfət Quliyevin Milli Məclisdə "prapiska" olduğu kreslo boşalanda? - Bu sözləri jurnalist Cavanşir Həsənli qeyd edib.

Oxunub: 1 697

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər