hadise
18.08.2020, 11:31
Ukrayna vətəndaşı Azərbaycanda öldü

Ukrayna vətəndaşı Balakəndə sükan arxasında ölüb.
dogruxeber.tv bildirir ki, 63 yaşlı Zakir Həzrətəli oğlu Vəliyev “Mercedes” markalı, 08 BX 742 dövlət nömrə nişanlı minik avtomobil ilə Balakən-İtitala avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı kolluğa girib. Hadisə yerinə gələn həkim briqadasının apardığı müayinə zamanı Z. Vəliyevin ürək tutmasından öldüyü məlum olub.
Z. Vəliyev Balakən rayonun İtitala kəndində doğulub. Uzun illərdir Ukraynada yaşayırdı və oranın vətandaşı idi. Z. Vəliyev son bir neçə ay idi ki, doğulduğu İtitala kəndində müvəqqəti qeydiyatda idi.
(Lent.az)


