idman
21.08.2020
Larsson Kumanın köməkçisi təyin olundu

“Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın iki köməkçisi məlum olub.
dogruxeber.tv bildirir ki, isveçli Henrik Larsson və niderlandlı Alfred Şreyder 57 yaşlı mütəxəssisin köməkçisi təyin ediliblər. Onlarla iki illik müqavilə imzalanıb.
İsveçli veteran hücumçu Larsson 2004-2006-cı illərdə “Barselona”da oynayıb. Şreyder 2019/20 mövsümündə "Hofenhaym"ın baş məşqçisi olub.
(Qafqazinfo.az)


