UEFA Avropa Liqasında möhtəşəm final - PREVYU











Bu gün UEFA Avropa Liqasında final görüşü keçiriləcək və 2019/20 mövsümünə yekun vurulacaq.
dogruxeber.tv bildirir ki, Almaniyanın Köln şəhərində İspaniyanın “Sevilya” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə “Sevilya” bu turnirdə altıncı, Milan klubu isə beşinci finalını oynayacaq.“Sevilya” bu turniri ən çox qazanan komanda ünvanını qoruyub saxlayır. 2006, 2007, 2014, 2015 və 2016-cı illərdə “Sevilya” bütün finalların qalibi olub.
“İnter” isə həmin titulu üç dəfə qazanıb və bu göstəricidə “Liverpul”, “Yuventus” və “Atletiko” ilə eyni göstəricidədir. Bu komanda turnirin adı UEFA Kuboku adlandırıldığı vaxtlarda –1991, 1994 və 1998-ci illərdə Avropa Liqasının qalibi olub. Yalnız “İnter” 1997-ci ildə Almaniyanın “Şalke” klubu ilə final görüşlərindən (o vaxt final iki görüşdən ibarət idi – S.M.) məğlub ayrılıb.
“Sevilya” UEFA Avropa Liqasında mübarizəyə qoşulub və “Qarabağ”ın da yer aldığı A qrupunu birinci sırada başa vurub. Əndəlüs təmsilçisi Ağdam klubuna 2:0 və 3:0 hesabları ilə qalib gəlib. Komanda 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda “Roma” (İtaliya), 1/4 finalda “Vulverhempton” (İngiltərə) və yarımfinalda “Mançester Yunayted” (İngiltərə) komandalarına qalib gəlib.
“İnter” isə avrokubok mövsümünə UEFA Çempionlar Liqasında başlayıb. Qrupda üçüncü yeri tutduqdan sonra Avropa Liqasına düşən İtaliya klubu bu turnirdə sıra ilə “Ludoqorets” (Bolqarıstan), “Xetafe” (İspaniya), “Bayer” (Almaniya) və “Şaxtyor”u (Ukrayna) məğlub edib.
Qeyd edək ki, hər iki komanda gələn mövsüm finalda uduzmasından asılı olmayaraq UEFA Çempionlar Liqasında çıxış edəcək. Çünki həm “Sevilya” İspaniyanın dördüncüsü kimi, həm də “İnter” İtaliyanın ikincisi kimi Çempionlar Liqasında iştirakı özü üçün təmin edib.
(Oxu.az)

Oxunub: 696

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər