hadise
22.08.2020
15 yaşlı qızına 2 il təcavüz edən ata tutuldu

Sankt-Peterburq polisi Qırğızıstan vətəndaşını saxlayıb.
dogruxeber.tv bildirir ki, bu barədə 22 avqustda Leninqrad mediası hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Belə ki, 21 avqustda Kirovski rayonundakı məktəblərdən birində direktor müavini polisə müraciət edib. Dediyinə görə, 1981-ci il təvəllüdlü, Qırğızıstan vətəndaşı, Rusiyanın şimal paytaxtında müvəqqəti olaraq yaşayan kişi 15 yaşlı qızına qarşı iki ildir seksual xarakterli zorakılıqlar edib.
Elə həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıblar.
İstintaq davam edir.
(Aqreqrator.az)


