sosial
24.08.2020, 14:17
İlham Əliyev: “Bəzi rayonlarda sahibkarlar incidilir”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
dogruxeber.tv AZƏRTAC-a istinadən dövlətimizin başçısının videoqəbuldakı çıxışından bəzi məqamları təqdim edir.
“Son illərdə kənd təsərrüfatının inkişafına, o cümlədən infrastruktur layihələrinə birbaşa və dolayı yollarla qoyulan investisiyalar böyük inkişafa səbəb olub. Texnika ilə təminat baxımından heç bir problem yoxdur.


