hadise
27.08.2020
Kanalizasiya qapaqlarını oğurlayan şəxs saxlanıldı

Paytaxt ərazisində kanalizasiya qapaqları oğurlanıb.
dogruxeber.tv “Report”un xəbərinə istinadən bildirir ki, hadisə avqustun 10-u gecə saatlarında Sulutəpə qəsəbəsi, A.Allahverdiyev küçəsində qeydə alınıb.Bildirilib ki, naməlum şəxs kanalizasiya qapaqlarını oğurlayıb.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Mehman Allahverdiyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


