hadise
22.08.2020
Bakıda restoranın kassası qarət edildi

Bakıda restoranda oğurluq hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, hadisə paytaxtın Binəqədi rayonunda naməlum şəxs restoranlardan birinin kassasından 200 manat oğurlayıb.
Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Zaur Fətəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
(Oxu.az)


