Azərbaycan BMT-nin forumuna yeni hesabat təqdim edəcək










Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiq edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, bu məqsədlərdən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

Ötən dövr ərzində ölkəmizdə DİM-lərin səmərəli və əhatəli icrası istiqamətində bir sıra işlər görülüb, o cümlədən bu təşəbbüsə qoşulan ölkələrdə DİM-lərin icrasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və qabaqcıl təcrübələrin mübadiləsi məqsədilə hər il BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Siyasi Forum (YSSF) üçün regionda ilk ölkə olaraq 2017-ci və 2019-cu ildə 2 Könüllü Milli Hesabat təqdim olunub.Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan BMT-nin 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında dünyanın 166 ölkəsi arasında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 balından 72,6 bal topla­yaraq 54-cü pillədə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən, Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su və enerji, davamlı şəhərlər və icmalar kimi DİM-lər üzrə irəliləyişlərə nail olub.

Bununla yanaşı, ölkəmiz YSSF-ya növbəti (3-cü) Könüllü Milli Hesabatın təqdim edilməsi barədə müraciət edib və Azərbaycan hesabat təqdim edəcək ölkələr siyahısına əlavə olunub.

İnkluziv və Dayanıqlı inkişaf, COVID-19 pandemiyası və postpandemiya dövrünün çağırışları, həmçinin DİM-lər üzrə həyata keçirilən tədbirlər, həmçinin əldə olunan nailiyyətlərə dair hazırlanacaq hesabat 2021-ci ilin iyul ayında BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən təşkil ediləcək Yüksək Səviyyəli Siyasi Forumda təqdim olunacaq.

Oxunub: 703

Son xəbərlər

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Bütün xəbərlər